22 
Apr
2016
19:51
7
3
1811
Virtual karabakh

“Ekipaj” filminin press-nümayişi keçirildi – FOTO + VİDEO

22 Apr, 2016
19:51
1811

“Ekipaj” filminin press-nümayişi keçirildi – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin yenilikləri barədə məlumat verilib.

Azərbaycanın premium kinoteatrı “CinemaPlus”da aprelin 21-də xüsusi effektler əsasında çəkilmiş “Ekipaj” filminin ictimaiyyət nümayəndələri və KİV üçün press-nümayişi keçirilib.

Oxu.Az xəbər verir ki, ekran əsəri təyyarənin ekipajı tərəfindən insanların güclü zəlzələnin episentrindən xilas edilməsi haqqında bir əhvalatdır. Çəkilişlərdə əsl təyyarələrdən istifadə olunub və kadrlarda olan partlayışlar realdır.

Filmin rejissoru Nikolay Lebedevdir. Baş rollarda Danila Kozlovskiy, Vladimir Maşkov, Aqne Qrudite və Katerina Şpiça çəkiliblər.

“Ekipaj” gənc və istedadlı təyyarəçi Aleksey Quşin haqqında bəhs edir. O, mənasız əmri yerinə yetirmədiyi üçün hərbi aviasiyadan qovulur, lakin gənc oğlan mülki təyyarələrdə uçmaq şansı əldə edir. Həmkarı, ikinci pilot –gözəl Aleksandra ilə birlikdə o, çox ciddi və prinsipial komandir Leonid Zinçenkonun rəhbərliyi altında sıfırdan yeni uçuş həyatını başlayır.

Lakin yüzlərlə insanın həyatının xilasedilməsi söhbəti düşəndə hər şey ikinci plana keçir. Hər üçünun dünyanın kənarında alov, kül və qorxu hökmranlıq etdiyi zaman, sağ qalmaq və yüzlərlə həyatı xilas etmək üçün yeganə şansı birgə hərəkət etməkdir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə filmin nümayişindən öncə çıxış edərək, kinoteatr fəaliyyəti və gələcək layihələr  haqqında məlumat verib.

İlk qeyd olunan yenilik “CinemaPlus” kinoteatrın yeni mobil əlavəsi barədə oldu. Onun xüsusiyyətləri və tamaşaçılara köhnə mobil əlavəni silib yenisi ilə əvəz olunması barədə məlumat verildi.

Bundan əlavə, ilk dəfə olaraq Gəncə şəhərində yeni “CinemaPlus Khamsa” kinoteatrın  1 may tarixində rəsmi açılışı barədə açıqlama verildi.

Gələcək layihələrdən danışan Zaur Darabzadə bu yaxınlarda “Gənclik Mall Ticarət Mərkəzində yerləşən 9 zaldan ibarət növbəti “CinemaPlus Gandjlik” kinoteatrının faəliyyətə başlayacağı haqqında məlumat verdi. Bu da ölkənin ən böyük kinoteatrı olacaq. 

Bundan başqa, bu il Amburan Mallda 3 zallı kinoteatrın açılması da nəzərdə tutulub. 2017-ci ildə Azərbaycan kinoteatrında və Bakı İdman Sarayının  (Neftçilər prospektində yerləşən keçmiş Əl Oyunları Sarayı), arxasında inşa olunan Caspian Waterfrontda CinemaPlusun digər şəbəkələrinin açılması planlaşdırılıb.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, “28 Mall” Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Qeyd edək ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı “CinemaPlus”dır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri