23 
Apr
2016
11:05
119
15
1842
Virtual karabakh

Xarici ölkələrin nazirləri Bakıya gəlir

23 Apr, 2016
11:05
1842

Xarici ölkələrin nazirləri Bakıya gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Açılış mərasimi Bakı Konqres Mərkəzində keçiriləcək.

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək 7-ci Qlobal Forumunda Türkmənistanın baş nazirinin müavini və xarici işlər naziri Raşid Meredov, Bruney-Darüssalam Dövlətinin xarici işlər naziri Jok Seng Lim, Mərakeşin Dini Yardım və İslam İşləri naziri Əhməd Toufiq, Birləşmiş Ərəb Əmirliyinin Tolerantlıq naziri Şeyxa Lubna Əl-Qassimi və xarici işlər naziri Jasem Əl-Əli, İsveçin təhsil naziri Gustav Fridolin, Bəhreyn Krallığının Şura Məclisi və Nümayəndələr Şurasının naziri Ganim Bin Fadhil Əl-Buaynayn, Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir, Sierra Leonun xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohamad Sesay iştirak edəcək.

Oxu.Az xəbər verir ki, “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, mediya və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.

Forumun açılış mərasimi Bakı Konqres Mərkəzində keçiriləcək.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri