25 
Apr
2016
16:06
43
5
4727
Virtual karabakh

Həmidə Ömərovanın doğum günüdür – FOTO + VİDEO

25 Apr, 2016
16:06
4727

Həmidə Ömərovanın doğum günüdür – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda müəllim ailəsində anadan olub.

Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, xalq artisti, dosent Ömərova Həmidə Məmməd qızı bu gün 59 yaşını qeyd edir.

Oxu.Az xəbər verir ki, Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda müəllim ailəsində anadan olub. 

1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. 1979-1993-ci illərdə C. Cabbarlı adına “ kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb.

Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib, “Azərbaycan kinosunda feminism”, “ABŞ kinosu: 1895-1945-ci illər”, “Amerika kino tarixi” kitablarını qələmə alıb.

Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinoşünaslıq” kafedrasına rəhbərlik edir.

1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında “Retro” kinozalının aparıcısı, 2002-ci ildən “Kinoştrix” verilişinin ssenari müəllifi olub.

Həmidə Ömərova “Qızıl uçurum” filmində.

Şəfiqə (“Qızıl uçurum”), Çinarə (“Anlamaq istəyirəm”), Zümrüd (“Yol əhvalatı”), Zeynəb (“Babamızın babasının babası”), Telli (“Qorxma, mən səninləyəm”), Məleykə (“Üzeyir ömrü”), Nazlı (“Şirbalanın məhəbbəti”), xan qızı (“Dədə Qorqud oğuznamələri”), Elmira (“Dronqo”) və s. obrazlar yaradıb.

1986-cı ildə Respublika Lenin Komsomolu mükafatı laureatı olub.

1988-ci ildə  Azərbaycan Respublikasının Əməkdar artisti, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

2010-cu ildə Cəfər Cabbarlı mükafatını qazanıb.

Səhnəmizin əvəzsiz sənətkarı Həmidə Ömərovanı doğum günü münasibətilə təbirk edir, ona can sağlığı, uzun ömür diləyirik.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri