26 
Apr
2016
11:31
17
2
1219
Virtual karabakh

Bu gün Uilyam Şekspirin doğum günüdür

26 Apr, 2016
11:31
1219

Bu gün Uilyam Şekspirin doğum günüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Bu gün dünya ədəbiyyatının ən məşhur dramaturqlarından biri, şair və aktyor, ən azı 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifi Uilyam Şekspirin (William Shakespeare) doğum günüdür.

Oxu.Az xəbər verir ki, onun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Şekspir 26 aprel 1564-cü ildə İngiltərənin Stratford şəhərində anadan olub. 1585-1592-ci illərdə Londonda yaşayıb. Londonda aktyor, yazıçı və teatr şirkətinin təsisçilərindən biri kimi fəaliyyət göstərib.

Şekspir əsərlərinin əksəriyyətini 1590-1612-ci illərdə yazıb. O, həm komediya, həm də faciə janrlarında eyni dərəcədə uğur əldə edə bilən nadir dramaturqlardan sayılır.

“Hamlet”, “Otello”, “Romeo və Cülyetta”, “Maqbet”, “Kral Lir” kimi əsərləri dünya ədəbiyyatının nadir inciləri sırasıdadır.

Şekspirin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub, dram əsərləri dünyanın əksər teatrlarında tamaşaya qoyulub.

Azərbaycan teatrının inkişafında da Şekspir əsərlərinin tamaşaya qoyulması müstəsna rol oynayıb. Görkəmli Azərbaycan yazıçı və dramaturqları onun faciə və komediyalarını Azərbaycan türkcəsinə çeviriblər. Bunların böyük qismi rus, az hissəsi ingilis dilindən tərcümə olunub.

Şekspir 1613-cü ildə doğma şəhəri Stratfora qayıdıb və üç il sonra vəfat edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri