May
2016
11:09
141
56
20498
Virtual karabakh

Gəncədə “CinemaPlus” kinoteatrın möhtəşəm açılışı baş tutdu – FOTO + VİDEO

4 May, 2016
11:09
20498

Gəncədə “CinemaPlus” kinoteatrın möhtəşəm açılışı baş tutdu – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın regionunda ilk dəfə.

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə “CinemaPlus” kinoteatrının möhtəşəm açılışı baş tutub. Məhz bu gün üçün kinoteatr xüsusi dekorasiya ilə bəzədilib.

Oxu.Az xəbər verir ki, “CinemaPlus” açılış tədbirinə Bakıdan KİV nümayəndələri, bloqerlər, tanınmış simalar və biznes tərəfdaşları üçün, üzərində kinoteatr reklam ilə bəzədilmiş avtobuslarda tur təşkil edilib.  

Tədbirdə iştirak edənlər Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə və millət vəkili Naqif Həmzəyev açılış nitqi ilə hamını salamlayıb və təbrik ediblər. Onlardan başqa “CinemaPlus” kinoteatrının repertuar üzrə direktoru Faiq Kazımov və layihə rəhbəri Fəhrim Quluzadə də cıxış ediblər.

Xatırladaq ki, 2016-cı il Avropa Gənclər Paytaxtı olan Gəncədə məhz belə müasir avadanlıqlarla təchiz olunmuş kinoteatrın açılması sevindirici haldır.

Rəsmi hissədən sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Bakı Media Mərkəzi”nin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi “Əbədi ezamiyyət” filmləri izlənilib.

Foyedə qonaqlara xüsusi Amerika istehsalı olan pop-korn və sərin içkilər verilib.

Tədbirin növbəti hissəsi “Cinema Distribution” şirkətinin təqdim etdiyi “Ekipaj” və “Diverqent 3” filmlərinin nümayişi ilə davam edib.

Gəncə şəhərində “CinemaPlus” kinoteatrının inşaasını “UM Group” şirkəti həyata keçirib. Əsas tərəfdaşlarından biri isə beynəlxalq keyfiyyətə nəzarət sahəsində lider sayılan “İntertek” şirkəti olub.

Qeyd edək ki, dünyada 44 ölkədə 500-dən çox kinoteatrın dizayn işlərini reallaşdıran Kanadanın “Mesbur+Smith Architects” şirkəti “CinemaPlus” kinoteatrının da dizayn işlərini tam olaraq hazırlayıb.

“CinemaPlus” ən yeni Barco nəslindən olan proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təhciz olunub. 461 yerdən və 5 zaldan ibarətdir.  

Bundan əlavə, “CinemaPlus” kinoteatrı “Master İmage 3D” texnologiyası ilə tətbiq olunur.

Kinoteatr, “Gəncə Bulvar”ın yaxınlığındakı Nizami küçəsi 8 ünvanı, “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

Seanslar

Vaxt

Format

Qiymət

Format

Qiymət

Səhər

10:00-12:00

2D

2 azn

3D

3 azn

Günorta

12:00-18:00

2D

3 azn

3D

4 azn

Axşam

18:00-00:00

2D

5 azn

3D

6 azn

 

VİP

Seansların vaxtından və formatından asılı olmayaraq

15 azn

 

Tədbirin informasiya dəstəyini “Region TV”, “Avto FM” və “Kəpəz FM” göstərirdi. Tərəfdaşlar isə “Sabina Perfumery & Cosmetics” magazalar şəbəkəsi idi.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 

VİDEO: http://video.azertag.az/video/37404

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri