Fev
2014
15:24
5
0
913
Virtual karabakh

Azərbaycanlı cazmen Kannda çıxış edib

4 Fev, 2014
15:24
913

Azərbaycanlı cazmen Kannda çıxış edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həmçinin gənc cazmenin diskləri tamaşaçılara təqdim olunub.

Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi olmuş Əməkdar Artist İsfar Sarabski Kannda keçirilən MIDEM Beynəlxalq festivalında iştirak edib.

Heydər Əliyev Fonundan Oxu.Az-a verilən məlumata görə, azərbaycanlı cazmenin solo konserti şəhərin məşhur “Majestic Bariere” otelinin “Diane” salonunda təşkil olunub.

İsfar Sarabski konsertdə P.Çaykovskinin, V.Mustafazadənin əsərləri ilə yanaşı, öz kompozisiyalarını da ifa edib.

Konsertdə Kann bələdiyyəsinin rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, festival iştirakçıları və digər qonaqlar iştirak ediblər.

Konsert zamanı Heydər Əliyev Fondu tərəfindən çap olunmuş, klassik, muğam, caz və pop musiqi janrlarından bəhs edən kitablar və broşürlər, həmçinin gənc cazmenin diskləri tamaşaçılara təqdim olunub.

Fransanın www.rivierajazzmag.com internet resursunda MIDEM Beynəlxalq musiqi festivalı haqqında yerləşdirilmiş yazıda Braziliyanın, Koreya Respublikasının, Azərbaycanın, Malayziyanın, Avstraliyanın və digər ölkələrin tanınmış cazmenlərinin konsert proqramı ilə çıxışı barədə məlumat yer alıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri