28 
Avq
2017
12:41
47
148
3004
Virtual karabakh

Paytaxtda “Retro Bakı” konserti keçirildi – FOTO

28 Avq, 2017
12:41
3004

Paytaxtda “Retro Bakı” konserti keçirildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə bu həftə sonu keçirilən “Retro Bakı” konsertləri “Qarabağ” futbol klubunun qalibiyyətinə həsr olunub.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Fəvvarələr Meydanında tanınmış estrada müğənniləri Rahidə Baxışova, Yaşar Yusub, əməkdar artist Ruhəngiz Allahverdiyeva, Abbas Əhməd, Çinarə Bəkirova, Dua Murad, Rauf Əhmədov, Həmidə Hüseyn, Könül Məmmədli, Aksay və Samir, Orxan Babazadə, Elvin Abbasov, Elçin İsmayılzadə, İlqar Sadıqov, Sima Qasımova, Fərhad Xəlif, Nəcəf Nəcəfzadə, Aynur Əliyeva,  Səma Heydərova, Nəzrin Məsmalıyeva, Ruslan Zülfüqarov, Ani Musagi, “Səma” rəqs qrupu, “Renessans” və “İnci” qruplarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib.

Həmçinin, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət evlərinin özfəaliyyət kollektivlərinin iştirakı da böyük maraqla qarşılanıb.

Müğənnilərin rəngarəng musiqi sədaları altında paytaxt sakinləri və turistlər rəqslər edib və maraqlı anlar yaşayıblar.

Konsert ərzində “Qarabağ” futbol klubunun tarixi oyunundan videogörüntülər nümayiş olunub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri