İyl
2013
12:50
37
8
2303
Virtual karabakh

“Arşın Mal Alan” Amerikada təqdim olunacaq

9 İyl, 2013
12:50
2303

“Arşın Mal Alan” Amerikada təqdim olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlk dəfə olaraq, bütün rolların ifaçıları amerikalı opera müğənniləridir.

Los Ancelesdə “Arşın Mal Alan” operettası səhnəyə qoyulacaq.

Oxu.Az Day.Az-a istinadən xəbər verir ki,Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə sentyabrın 7-də “Arşın Mal Alan” operettası Los Anceles şəhərində nümayiş edtiriləcəkdir. Tamaşa operettanın 100 illik yubileyinə həsr olunmuşdur.
 
Operetta dünyanın ən böyük və məşhur opera teatrlarından olan, Los Ancelesin Dorothy Chandler Pavilion opera teatrında səhnəyə qoyulacaqdır.
 
Qeyd edək ki, tanınmış opera ifaçısı Plaçido Dominqonun rəhbərlik etdiyi nüfuzlu Los Anceles Operası öz tamaşalarını sözügedən opera teatrında nümayiş etdirir. 1970-90-cı illərdə “Oskar” Mükafatının təqdimetmə mərasimləri məhz Dorothy Chandler Pavilion teatrında keçirilmişdir.
 
Operettanın prodüseri amerikalı bəstəkar və prodüser Maykl Şnakdır (Michael Schnack). M.Şnak 2006-ci ildə “Arşın Mal Alan” operettasını Vyanada uğurla səhnələşdirmişdir.
 
Bütün rolların ifaçıları amerikalı opera müğənniləridir. Operettanın mahnıları Azərbaycan dilində ifa ediləcək, dialoqları isə ingilis dilində aparılacaqdır. Los Ancelesdə fəaliyyət göstərən tanınmış orkestr operettanın musiqisini ifa edəcəkdir.
 
Bu, “Arşın Mal Alan” operettasının ingilisdilli məkanda, xüsusilə də ABŞ-da bu miqyasda və formada ilk səhnələşdirilməsidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri