22 
Okt
2016
12:17
175
21
2874
Virtual karabakh

Jerar Depardyenin iştirakı ilə Azərbaycan haqqında çəkilmiş film Belçikada nümayiş olunub – FOTO

22 Okt, 2016
12:17
2874

Jerar Depardyenin iştirakı ilə Azərbaycan haqqında çəkilmiş film Belçikada nümayiş olunub – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində 2016-cı il oktyabrın 21-də Belçikanın Vaterlo şəhərində Azərbaycan gecəsi keçirilib.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, tədbir zamanı Vaterlo Tarixi Filmlər Festivalı çərçivəsində məşhur fransız aktyoru Jerar Depardyenin iştirakı ilə çəkilmiş və Azərbaycana həsr olunmuş “Qafqaza qayıdış, Aleksandr Dümanın izi ilə” filmi nümayiş etdirilib.

Film Belçika dövlət qurumları, diplomatik korpus və KİV nümayəndələrinin də təmsil olunduğu çoxsaylı izləyicilər tərəfindən maraqla qarşılanıb.

Sonda gecə iştirakçılarının şərəfinə ziyafət verilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri