24 
Okt
2016
14:47
98
45
4360
Virtual karabakh

Vyanada Bəhram Bağırzadənin sərgisi keçiriləcək

24 Okt, 2016
14:47
4360

Vyanada Bəhram Bağırzadənin sərgisi keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vyana Beynəlxalq Mərkəzi üçün də bu sərgi bir ilk olacaq.

2016-cı ilin 7-18 noyabr tarixlərində Avstriyada Vyana Beynəlxalq Mərkəzinin (VBM) Sənətlər Klubunun prezidenti Raymond Naderin və Atom enerjisi üzrə Beynəlxalq Agentliyinin aparıcı əməkdaşı Bəxtiyar Siracovun vasitəçiliyi ilə Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü Bəhram Bağırzadənin yaradıcılığına həsr edilmiş sərgi keçiriləcək. 

Sərgidə B.Bağırzadənin çəkdiyi karikaturalar və Bakının əks olunduğu fotolar sərgilənəcək. 

Oxu.Az xəbər verir ki, Vyana Beynəlxalq Mərkəzi üçün bu sərgi bir ilk olacaq. Belə ki, bu mərkəzdə indiyə qədər karikaturalardan ibarət sərgi keçirilməyib. 

Bəhram Bağırzadənin VBM tarixində yeni səhifə açan karikaturaları, yaradıcılıq janrlarının məkanını genişləndirərək vyanalılara və mərkəzdə çalışan 100-dən çox ölkənin vətəndaşına müasir Azərbaycan incəsənətinin nailiyyətləri ilə tanış olmaq üçün unikal imkan yaradır.

S.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri