27 
Fev
2014
11:12
5
2
1527
Virtual karabakh

Ramiz Əzizbəyli reanimasiyadan palataya köçürüldü

27 Fev, 2014
11:12
1527

Ramiz Əzizbəyli reanimasiyadan palataya köçürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ciddi şəkildə, davamlı olaraq müalicə olunmalıdır”.

Azərbaycanın xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin səhhətində irəliləyişlər var.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı AzNews.az-a qızı Xədicə Əzizbəyli verib. Onun sözlərinə görə, xalq artisti dünən reanimasiyadan palataya köçürülüb:

“Ramiz müəllim 5 gün reanimasiyada oldu. Dünən isə palataya köçürülüb. Həkimlər səhhətinin yavaş-yavaş normaya düşəcəyini deyirlər. Amma ciddi şəkildə, davamlı olaraq müalicə olunmalıdır”.

Xədicə Əzizbəyli onu da əlavə edib ki, atasının səhhəti ilə əlaqədar hələ Mədəniyyət və Turizm Nazirliyindən heç bir dəstək verilməyib. O, bütün xərcləri öz hesablarına çəkdiklərini qeyd edib.

Xatırladaq ki, Ramiz Əzizbəyli hazırda Azərbaycan Tibb Universitetinin Terapevtik Klinikasında müalicə alır. O, fevralın 21-də beyin insultu diaqnozu ilə klinikanın reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri