27 
Dek
2016
16:55
169
31
2169
Virtual karabakh

Fərhad Bədəlbəylinin 69 yaşı tamam olur

27 Dek, 2016
16:55
2169

Fərhad Bədəlbəylinin 69 yaşı tamam olur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pianoçu, Azərbaycan SSR Xalq artisti, Azərbaycanın Dövlət mükafatı Laureatı, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bu gün 69 yaşını qeyd edir.

Oxu.Az xəbər verir ki, Fərhəd Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olub.

1965-1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969-1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B.Davidoviçin sinfində) oxuyub. Fərhad Bədəlbəylinin adı B.Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Viana da Mota adına (Portuqaliya, 1968, I mükafat) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır.

Bu gün F.Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri –Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və s. ölkələri əhatə edir.

Musiqi təşkilatçılığı işi, maarifçilik – F.Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986-1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olub. F.Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987-1996-cı illərdə o, buranın rəhbəri olub) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılıb.

1995-ci ildən o, “Azərbaycan Mədəniyyətinin Dostları” fondunun üzvüdür. 1971-ci ildən F.Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında (ADK) dərs deyir (1976-cı ildən dosent, 1983-cü ildən professor). 1991-ci ildən F.Bədəlbəyli onun təşəbbüsü ilə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasına çevrilmiş ADK-nın rektorudur.

O, 1972-ci ildə Azərbaycan SSR Əməkdar artisti, 1978-ci ildə Azərbaycan SSR Xalq artisti, 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı, 1990-cı ildə SSRİ Xalq artisti, Azərbaycanın Dövlət mükafatı laureatı ad və mükafatlarını qazanıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri