29 
Dek
2016
23:48
63
241
3848
yuxarı
“Bakı Metropoliteni”ndə konsert proqramları keçiriləcək
29 Dek, 2016
23:48
3848
63
241
“Bakı Metropoliteni”ndə konsert proqramları keçiriləcək
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Bakı Metropolitenində konsert olacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev öz Facebook səhifəsində yazıb.
O, bildirib ki, metropolitenin stansiyalarında konsert proqramı dekabrın 30-da, saat 13:15-də başlayacaq.
“Hər stansiyada 1,5 saat davam etməklə, öncə klassik, daha sonra xalq mahnıları ifa ediləcək” – deyə QSC rəsmisi bildirib.
Nəsimi Paşayev qeyd edib ki, metronun “28 May”, “Elmlər Akademiyası”, “İçəri şəhər” və bənövşəyi xəttin “Memar Əcəmi” stansiyalarında” 4 gün - 30, 31 dekabr, 1 və 2 yanvar tarixlərində konsert proqramı keçiriləcək.
S.B.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Mədəniyyət xəbərləri
26 
Apr
2024
08:30
Müəllimlikdən kağızburma sənətinə: “Proqram maraqsız gəlirdi” - MÜSAHİBƏ + FOTO
77
7
3032
25 
Apr
2024
12:28
Xalq artisti Kamran Ağabalayevi debata çağırdı: “Siz söyüşlə danışırsınız”
16
81
2944