30 
Dek
2016
15:11
216
113
3362
Virtual karabakh

Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb

Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, məzarüstü abidə dekabrın 30-da I Fəxri xiyabanda qoyulub. 

Abidənin müəllifi, Xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdur. Xalq rəssamı Natiq Əliyev APA-ya açıqlamasında bildirib ki, məzarüstü abidənin hazırlanmasında Zəlimxan Yaqubun “Bir əlim torpaqda, bir əlim haqda” misrası əsas götürülüb: “Abidə 8 aya başa gəlib. Məzarın üstü cilalanmış qara qranitlə örtülüb. Abidə yarıfiqur formada, ağ mərmərdən yonulub”. 

Qeyd edək ki, Xalq şairi Zəlimxan Yaqub 2016-cı il, yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Z.Yaqub I Fəxri xiyabanda dəfn olunub.

A.S.
www.oxu.az

Digər Mədəniyyət xəbərləri