Yan
2017
12:23
262
12
4395
Virtual karabakh

Adriano Çelentano 79 yaşını qeyd edir

Bu gün İtaliyanın, eləcə də dünyanın tanınmış kinoaktyoru, estrada müğənnisi, bəstəkar, rejissor Adriano Çelentanonun doğum günüdür.

Oxu.Az xəbər verir ki, Adriano Çelentano 6 yanvar 1938-ci il Milanda anadan olub. O, ailənin beşinci uşağıdır. Müharibə illərindən sonra Çelentanonun ailəsi Proqloda yaşamağa qərar verib. Ailənin maddi durumunun ağır olması ilə bağlı Çelentano təhsilini yarımçıq qoyub. Ailəsinə yardım etmək üçün saatsaz emalatxanasında işə düzəlib.

Müğənni kimi fəaliyyət göstərdiyi qırx ildən artıq bir dövrdə Çelentano tirajı 70 milyonu keçən 30-dan çox albom buraxıb.

Sezariya Evora (“Quel casinha”), Mina Anna Madzini (“Acqua e sale”, “Brivido felino”, “Che t’aggia di”, “Dolce fuoco dell’amore”, “Messaggio d’amore”, “Sempre sempre sempre”, “Specchi riflessi”) və Nada (“Il figlio del dolore”) ilə duet oxuyub.

Çelentano “Deyingən” (“II burbero”), “İnadkarın ram edilməsi” (“II bisbetico domato”), “Mehmanxananın sahibəsi” (“La locandiera”), “Şirin həyat” (“La Dolce Vita”) və s. məşhur filmlərdə rol alıb.

O, aktrisa Klaudiya Mori ilə ailəlidir.

A.S.
www.oxu.az

Digər Mədəniyyət xəbərləri