Yan
2017
10:43
273
19
2057
Virtual karabakh

Mikayıl Müşfiqin anım günüdür

6 Yan, 2017
10:43
2057

Mikayıl Müşfiqin anım günüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün azərbaycanlı şair Mikayıl Müşfiqin anım günüdür.

Oxu.Az xəbər verir ki, İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (Mikayıl Müşfiq) 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olub.

Mikayıl Müşfiq əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darülmüəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub.

Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib (1927-1931).

Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulub.

Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

1930-50-ci illərdə ölkəni bürüyən repressiyalar zamanı təqib və böhtanlara məruz qalaraq gənc yaşında həbs edilib. Bir çox ziyalılarımız kimi, “xalq düşməni” damğası ilə 1938-ci il yanvarın 6-da güllələnib.

Adını əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, məktəbə, küçəyə və qəsəbəyə adı verilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri