Yan
2017
15:07
153
44
4164
Virtual karabakh

İranın musiqi qrupu Emin Sabitoğlunun mahnısının yeni versiyasını təqdim edib – VİDEO

Sözləri Rəsul Rzaya, musiqisi Emin Sabitoğluna məxsus olan “İnsaf da yaxşı şeydir” mahnısını ifa edən İranın “Rastak” qrupunun klipi internetdə gündən-günə populyarlıq qazanır. 

Oxu.Az bu barədə 1news.az-a istinadən xəbər verir. 

İran xalqlarının etno-musiqilərini ifa edən kollektiv kimi məşhur olan “Rastak” qrupu 1997-ci ildə Tehranda etnik istiqamətin populyarlaşdırılması məqsədi ilə yaradılıb. Qrup müxtəlif – fars, ərəb, Azərbaycan, kürd və s. dillərdə mahnılar ifa edir.  

“Rastak” öz repertuarına ilk ifaçısı Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın olduğu “İnsaf da yaxşı şeydir” mahnısını daxil edib. 

Aşağıda təqdim olunan videolarda istifadə edərək kompozisiyanın orijinal və yeni versiyasını dinləyə bilərsiniz.

A.S.
www.oxu.az

Digər Mədəniyyət xəbərləri