“CinemaPlus”da sehrli Yeni il festivalı keçirilib – FOTO + VİDEO
“CinemaPlus”da sehrli Yeni il festivalı keçirilib – FOTO + VİDEO
Yeni ilin qarşılanması çox əlamətdar bayram hesab olunur, Yeni il bəzəkləri, müxtəlif tədbirlər və gəzintilər ilə müşayiət olunur.
Oxu.Az xəbər verir ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi ənənələri pozmayaraq möhtəşəm maskaradlı festival keçirib.
Maskaradda tək böyüklər deyil, həmçinin karnaval geyimləri geyinmiş uşaqlar da iştirak ediblər. “Santa Klaus” paltarları geyinmiş musiqiçilər isə Yeni il melodiyaları ifa ediblər. “28 Mall” və “Ganjlik Mall” ticarət mərkəzlərində və Yeni il dekorasiyası ilə bəzədilmiş kinoteatrların foyelərində yürüş keçirilib. Qonaqlar tamaşaçılar ilə birgə böyük həvəslə karnaval atmosferinə daxil olublar və xatirə şəkilləri çəkdiriblər.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
A.S.
www.oxu.az