11 
Yan
2017
11:35
162
20
6042
Virtual karabakh

Ukraynalı rəqqaslardan “Sən gəlməz oldun”un sədaları altında akrobatik rəqs – VİDEO

Azərbaycanın tanınmış bəstəkarı Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısının sədaları altında Ukraynadan olan rəqqasların “YouTube” internet kanalına iki il öncə yerləşdirilən erotik akrobatik rəqsi “ikinci həyatını” yaşayır. Hazırda videonu 1,5 milyondan çox istifadəçi izləyib. 

VladAyuşa Kiyevdə doğulublar. Vlad akrobatika ilə 7 yaşından məşğul olur. O, idman ustası və Dünya çempionatının mükafatçısıdır. Ayuşa uşaqlıqdan gimnastika ilə məşğul olur. İdman ustası və idman karyerasının yarısını İspaniyada keçirdiyi üçün İspaniya çempionu adını qazanıb.

Oxu.Az bu barədə “Новости-Азербайджан”a istinadla xəbər verir.

Ukraynalı idmançıların rəqsi Azərbaycanda bir mənalı qarşılanmamışdı. Sosial şəbəkələrdə kimsə rəqsin həddən artıq açıq-saçıq olduğunu və baş verənlərin fonunda milli musiqinin səslənməsinin yolverilməz olduğunu, kim isə qısa və konkret olaraq “Əhsən!” yazırdı.  

“Sən gəlməz oldun” erməni qonşularımızın da açıq-aşkar əl uzatdıqları Azərbaycan kompozisiyasıdır. Melodiyanın Əlixan Səmədovun balabanda ifa etdiyi versiyası daha populyardır. Mahnının musiqisi həmçinin Soqdiananın “Məni xatırla” (“Vspomni menya”) və Byankanın “Xəyanət” (“İzmena”) mahnılarında da səslənir. 2012-ci ildə rusiyalı müğənni Sati Kazanova mahnını Azərbaycan dilində ifa edib. 

 

A.S.
www.oxu.az

 

Digər Mədəniyyət xəbərləri