11 
Yan
2017
16:07
29
4
1395
Virtual karabakh

“The Globalist” dərgisi Hacı Zeynalabdin Tağıyevdən yazdı

11 Yan, 2017
16:07
1395

“The Globalist” dərgisi Hacı Zeynalabdin Tağıyevdən yazdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“The Globalist” jurnalında Hacı Zeynalabdin Tağıyev haqqında məqalə dərc olunub

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Malayziyada ingilis dilində nəşr olunan “The Globalist” jurnalının növbəti buraxılışında “Hacı Zeynalabdin Tağıyev: Azərbaycanın görkəmli tarixi şəxsiyyəti” adlı məqalə dərc olunub.

Məqalənin müəllifi Datin Buşra Naseer Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizdə səfərdə olub və bir çox məkanları, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.

Muzeyin görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşadığı binada yerləşdiyi qeyd olunan məqalədə H.Z.Tağıyevin həyatı, xeyriyyəçilik fəaliyyəti, azərbaycanlı gəncləri xarici ölkələrə təhsil almağa göndərməsi, Bakıda ilk qızlar məktəbini açması, həmçinin Azərbaycanda neft hasilatının inkişafında gördüyü işlər barədə ətraflı məlumatlar öz əksini tapıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri