11 
Yan
2017
14:40
14
81
1732
Virtual karabakh

“Kino gecəsi” əfsanəvi “CinemaPlus Azerbaijan” kinoteatrında

11 Yan, 2017
14:40
1732

“Kino gecəsi” əfsanəvi “CinemaPlus Azerbaijan” kinoteatrında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfsanəvi “CinemaPlus Azerbaijan” kinoteatrında yanvarın 13-dən 14-nə keçən gecə üç filmin iştirakı ilə kinomarafon keçiriləcək. Saat 23:30-dan səhər saat 6:00-dək qonaqlar üçün “Pis Santa”, “Yolkalar 5” və “La La Lend” filmləri nümayiş olunacaq.

Oxu.Az xəbər verir ki, seanslar arası fasilələrdə hamını musiqi müşayiəti ilə Yeni İl ab-havası gözləyir. Həmçinin furşet masası, alkoqollu və alkoqolsuz içkilər olacaq, müsabiqələr keçiriləcək.

Biletləri “CinemaPlus Azerbaijan” kinoteatrının kassalarından əldə etmək olar.

Köhnə Yeni İli bizimlə qeyd et!

Biletin qiyməti: 25 AZN, VIP 40 AZN

Əlavə məlumat: (012) 499 89 88 və ya 119.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri