12 
Yan
2017
11:04
16
97
310
Virtual karabakh

Milli Kitabxanada Əziz Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açılıb

M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycanın görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş kitab sərgisi açılıb.

Oxu.Az xəbər verir ki, “Əziz Əliyev-120” adlı kitab sərgisində alimin elmi əsərləri, haqqında yazılmış Azərbaycan və rus dillində olan kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Hər kəsin ziyarət edə biləcəyi kitab sərgisi bir həftə davam edəcək.

A.S.
www.oxu.az

Digər Mədəniyyət xəbərləri