17 
Yan
2017
17:15
19
82
2169
Virtual karabakh

Milli Kitabxanadan mobil telefonların cərəyana qoşulması qadağası haqda açıqlama

17 Yan, 2017
17:15
2169

Milli Kitabxanadan mobil telefonların cərəyana qoşulması qadağası haqda açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gündür ki, sosial şəbəkələrdə Mirzə Fətəli Axundov adına Milli Kitabxanada elektron avandanlıqlara enerji yüklənməsinə qadağa qoyulması barədə məlumatlar yazılır. Şəbəkə istifadəçiləri kitabxananın bu vasitə ilə qənaət etdiyini iddia edirlər.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, Milli Kitabxananın xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, mobil telefonların cərəyana qoşulmasına icazə verilməməyinin səbəbi qənaət etmək yox, oxu zalında rahatlıq yaratmaqdır:

“Biz hər hansı bir qənaət rejiminə görə mobil telefonların cərəyana qoşulmasına qadağa qoymamışıq. Oxucular rahatlıqla öz kompüterlərini cərəyana qoşa bilərlər. Mobil telefonla oxu zalına girmək qadağandır. Hətta oxu zalında mobil telefonla danışanlar da var. Hər hansı bir danışıq olduqda, telefon zəng çaldıqda oxucular narahat olur və bizə şikayət edir. Hazırda kitabxanaya gəlsəniz, özünüz şahid olarsınız ki, yüzlərlə insan kompüterini cərəyana qoşub. Əgər qənaət üçün olunsaydı, başda kompüterə icazə verilməzdi. Çünki bu zaman daha çox elektrikdən istifadə olunur”.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri