18 
Yan
2017
10:27
28
118
3726
Virtual karabakh

Əfsanəvi kinoteatr “CinemaPlus Azerbaijan”da “Kino gecəsi” keçirilib – FOTO + VİDEO

18 Yan, 2017
10:27
3726

Əfsanəvi kinoteatr “CinemaPlus Azerbaijan”da “Kino gecəsi” keçirilib – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfsanəvi kinoteatr “CinemaPlus Azerbaijan”da yanvarın 13-dən 14-nə keçən gecə “Kino gecəsi” tədbiri keçirilib. Saat 23:30-dan səhər saat 6:00-dək qonaqlara “Bəd Santa - 2”, “Yolkalar - 5” və “Haşhaşilərin kredosu” filmləri nümayiş olunub.

Oxu.Az xəbər verir ki, kinoteatrda musiqi müşayiəti ilə Yeni il ab-havası var idi. Həmçinin furşet masası, alkoqollu və alkoqolsuz içkilər, müsabiqələr və mükafatların oynanılması təşkil olunub. 

Tədbirin təşkil edilməsinə dublyaj redaksiyası “Cinemazadeh”, “Özsüt” restoranlar şəbəkəsi, “Red Bull”, “Sabina” parfümeriya-kosmetika mağazalar şəbəkəsi, “Papa Johns Pizza Azerbaijan” və “Baltika-Baku” pivə zavodu dəstək olublar.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri