18 
Yan
2017
15:43
144
19
1642
Virtual karabakh

Vyanada “Qayınana“ bədii filmi ilk dəfə alman dilində təqdim edilib – FOTO

18 Yan, 2017
15:43
1642

Vyanada “Qayınana“ bədii filmi ilk dəfə alman dilində təqdim edilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii axşam təşkil olunub.

Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbiri giriş sözü ilə açaraq Azərbaycan teatr və kino sənətində əvəzedilməz rollarla yadda qalan Nəsibə Zeynalovanın həyat və yaradıcılığından söz salıb.

Bildirilib ki, N.Zeynalovanın 100 illik yubiley tədbirləri Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycanla yanaşı, ölkənin hüdudlarından kənarda da silsilə tədbirlərlə yüksək səviyyədə qeyd olunub.

Tədbirdə Azərbaycanın Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov çıxış edərək anası Nəsibə Zeynalova ilə bağlı xatirələrini bölüşüb.

Azərbaycan aktyorluq sənətinin inkişafında xidmətləri olan üç nəslin keçdiyi həyat və sənət yoluna nəzər salan C.Zeynalov tamaşaçıların sevimlisi olan Nəsibə xanımın Azərbaycan xalqının qəlbində daim yaşadığını qeyd edib. O, çıxışının sonunda Nəsibə Zeynalovanın xatirəsinə görkəmli dramaturq və şair Cəfər Cabbarlının “Ana“ şeirini söyləyib.

Sonra Nəsibə Zeynalovanın baş rolda oynadığı “Qayınana” filmi nümayiş etdirilib. İlk dəfə alman dilinə subtitrlərlə tərcümə edilən film tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Mədəniyyət Mərkəzində ölməz sənətkarın yaradıcılığına həsr olunmuş fotosərgi də nümayiş etdirilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri