18 
Yan
2017
15:57
104
18
3888
Virtual karabakh

Azərbaycanlı yazar “Forbes”in siyahısında

18 Yan, 2017
15:57
3888

Azərbaycanlı yazar “Forbes”in siyahısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Forbes” jurnalının Rusiya versiyası 2016-cı ildə ölkədə ən çox satılan kitabların siyahısını dərc edib. 

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, siyahıya azərbaycanlı yazıçı Elçin Səfərlinin rus dilində yazdığı “Mənə dənizdən danış” kitabı da daxil olub. Ötən il Rusiyada bu kitabın 37500 nüsxəsi satılıb.

Siyahının zirvəsində “Harri Potter və lənətlənmiş uşaq” (307,6 min nüsxə), “Şantaram-2. Dağın zirvəsində” (187 min nüsxə) və “Səndən sonra” (130,5 min nüsxə) kitabları yer alıb.

Elçin Səfərli 1984-cü ildə Bakıda anadan olub. Bakıda Beynəlxalq Universiteti bitirib və 12 yaşından yazıları mətbuatda çap olunub. Onun “Bosforun şirin duzu” və “Geriyə dönmədən ora” kitabları da populyarlıq qazanıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri