21 
Yan
2017
12:19
20
317
4578
Virtual karabakh

Türkiyənin tanınmış aktyoru vəfat edib

21 Yan, 2017
12:19
4578

Türkiyənin tanınmış aktyoru vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin tanınmış aktyoru Ayberk Atilla vəfat edib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, sənətçi yanvarın 21-də evində ölüb. Aktyor bir müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

1946-cı ildə İstanbulda anadan olan Ayberk Atilla İstanbul Universitetində təhsil alıb. Sənət karyerasına 1967-ci ildə Lalə Oraloğlu Teatrında başlayıb. Müxtəlif illərdə Türkiyənin bir neçə teatrında çalışıb.

A.Atilla “Səksənlər”, “Leyli və Məcnun”, “Hürrəm Sultan” kimi məşhur seriallarda, o cümlədən “Sən işıldaquş gördün?”, “Orqanize işlər”, “Yuxu kimi” filmlərdə müxtəlif obrazlar yaradıb. Son olaraq, “Kiralık aşk” teleserialında rol alıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri