23 
Yan
2017
15:26
113
26
3865
Virtual karabakh

Türkiyənin tanınmış fotoqrafının Bakıda çəkdiyi fotolar sərgiyə çıxarılıb

23 Yan, 2017
15:26
3865

Türkiyənin tanınmış fotoqrafının Bakıda çəkdiyi fotolar sərgiyə çıxarılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin tanınmış fotoqrafı Mustafa Sevenin Bakı, İstanbul və Tbilisidə çəkdiyi fotolar sərgiyə çıxarılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, sərgi “Şəhər hekayələri” adlanır. 

Üç ölkədə çəkdiyi fotolardan danışan M.Seven deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan eyni coğrafi məkanda yerləşirlər və mədəni cəhətdən əlaqələri çox güclüdür. 

O bildirib ki, səyahət etdiyi şəhərlər arasında onu Bakı daha çox təəccübləndirib. 

Şəhər haqqında fikirlərini bildirən fotoqraf Bakının memarlıq quruluşunun Avropa şəhərlərinə çox bənzədiyini qeyd edib:

“Şəhəri gəzdikcə “bura həqiqətən Bakıdırmı?” deyə öz-özümə fikirləşirdim. Gözlədiyimin tam əksi ilə qarşılaşdım. Hesab edirəm ki, bu sərgi ilə insanlara Bakının əslində necə gözəl şəhər olduğunu göstərə biləcəyik”.

“42 Maslak Art! SPACE” qalereyasında açılan sərgi yanvarın 31-dək davam edəcək. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri