13 
Fev
2017
22:26
50
117
19865
Virtual karabakh

Əməkdar artist: Hələ elə ağır veriliş aparmamışdım – VİDEO

13 Fev, 2017
22:26
19865

Əməkdar artist: Hələ elə ağır veriliş aparmamışdım – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-də yayımlanan “Ömrün fəsilləri” verilişinin qonağı əməkdar artist Nailə İslamzadə olub. 

Oxu.Az xəbər verir ki, aparıcı proqramda ailəsi barədə bəhs edib.

“Ailəm Bakıda qalmağımı istəmirdi. Mən də işə girdim, düşündüm ki, bir az işləyib sonra gedərəm. Öz evimizə, rayonumuza çox bağlı idim. Amma elə oldu ki, burada qaldım, ailə həyatı qurdum. Ailəm televiziyada hansı komanda ilə işlədiyimi, hansı şəraitdə çalışdığımı görüb sakitləşdi. Televiziyada məni yaxşı qarşıladılar. Sonradan sirli səbəblərə görə arada narazılıqlar oldu. Onlar da sonradan sovuşub getdi.

Televiziyada işləyəndə atam rəhmətə getdi. Onun yasını yola verib, efirə çıxdım. Qardaşımın biri xərçəng idi, xəstəlikdən öldü, digəri isə qəzada. Hər iki qardaşım rəhmətə gedəndə Azərbaycanda olmamışam. “TRT Avaz”da veriliş aparırdım. Təsadüfən fasilə oldu və “Facebook”a daxil olanda gördüm ki, mənə başsağlığı verirlər. Sonradan anladım ki, belə hadisə olub, qardaşım vəfat edib və mənə demirlər. Bilmədim necə edim, necə aparım verilişi. Məcburən verilişi apardım. Hələ elə ağır veriliş aparmamışdım”, - deyə N.İslamzadə bildirib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri