14 
Fev
2017
09:54
180
20
4439
Virtual karabakh

Özbəkistan telekanalında Azərbaycan haqqında veriliş nümayiş olunub – FOTO

14 Fev, 2017
09:54
4439

Özbəkistan telekanalında Azərbaycan haqqında veriliş nümayiş olunub – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistanın “Dunyo boylab” telekanalında “Telesayohat” verilişi növbəti buraxılışını Azərbaycana həsr edib.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, “Telesayohat Ozarbayjon” adlanan 2 hissəli veriliş “Dunyo boylab” telekanalında 5 dəfə nümayiş olunub.

Verilişin 1-ci hissəsində Azərbaycan, paytaxt Bakı, şəhərin turizm imkanları, tarixi binalar, turistlər üçün maraqlı məkanlar, ölkəmizin mədəniyyəti, adət-ənənələri, son illər əldə edilmiş nailiyyətlər geniş işıqlandırılmışdır. Bakının tarixi Qız qalası, İçərişəhər, habelə müasir memarlıq nümunələri, Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Xalça Muzeyi və s. haqqında verilişdə xüsusi məlumat verilib.

Verilişin 2-ci hissəsində Azərbaycanın Gəncə şəhəri, şəhərin ümumi mənzərəsi, Xan bağı, Cavad xanın məqbərəsi, Nizami məqbərəsi göstərilir və onların tarixi haqqında söz açılır.

Müəllif Azərbaycan təbiətinin incisi Göygöl haqqında məlumat verir. Göygölün füsunkar gözəlliyi onun nəinki Azərbaycanın, dünyanın gəzməli-görməli yerləri siyahısında ön sıralarda olduğunu vurğulayır. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri