16 
Fev
2017
12:15
250
52
12654
Virtual karabakh

Xalq artisti Şahnaz Haşımova vəzifəsindən azad edilib

16 Fev, 2017
12:15
12654

Xalq artisti Şahnaz Haşımova vəzifəsindən azad edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru dəyişdirilib.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, Şahnaz Haşımova direktor vəzifəsindən azad edilib. Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən, həmin vəzifəyə Gəncə Musiqi Kollecinin əvvəlki direktoru Gülçin Mirzəyeva təyin edilib. Gəncə Musiqi Kollecinin direktoru vəzifəsinə isə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının vəzifəsindən azad olunmuş direktoru Şahnaz Haşımova Azərbaycanın Xalq artistidir və “Göy-Göl” Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin bədii rəhbəridir.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri