17 
Fev
2017
16:44
85
41
2372
Virtual karabakh

Təranə Mahmudovanın caz improvizasiyaları – FOTO + VİDEO

17 Fev, 2017
16:44
2372

Təranə Mahmudovanın caz improvizasiyaları – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının “jAzzeri Bands” konsert proqramında Təranə MahmudovaElbəy Məmmədzadənin triosu çıxış ediblər.

Oxu.Az xəbər verir ki, onların ifasında səsləndirilən “Softly As In A Morning Sunrise” və “Bakulogiya” alqışla qarşılanıb.

Konsertdən sonra Təranə Mahmudova qeyd edib ki, Azərbaycanda cazın böyük tarixi var. Hələ Tofiq Quliyev, Niyazi, Tofiq Əhmədovun rəhbərliyi altında ölkəmizdə çoxlu caz kollektivləri fəaliyyət göstərib. Azərbaycanın adı caz musiqi aləmində Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə çox məşhurlaşıb.

“Bakıda keçirilən caz festivalı dünya musiqiçiləri arasında tanınır, istedadlı musiqiçilərimiz beynəlxalq müsabiqələrdə uğurla çıxış edirlər. Artıq Azərbaycanı caz ölkəsi kimi qəbul edirlər. Bu, olduqca sevindirici haldır. Çünki caz musiqisi yenilik, axtarış, improvizasiya tələb edən musiqi üslubudur. Musiqli improvizasiya, melodiya və səs harmoniyası, ritm - caz stilin əsas xüsusiyyətləridir. Cazda improvizasiya həmişə musiqiyə yenilik gətirir”, - deyə T.Mahmudova bildirib.

 

 

 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri