18 
Fev
2017
12:43
197
21
4190
Virtual karabakh

De Niro həqiqəti yazacaq jurnalistlərə 100 min vəd etdi

18 Fev, 2017
12:43
4190

De Niro həqiqəti yazacaq jurnalistlərə 100 min vəd etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı məşhur aktyor Robert De Niro mübahisəli uşaq peyvəndi mövzusunda xəbər yazacaq jurnalistlərə 100 min dollar mükafat vəd edib.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, De Niro Vaşinqtonda qatıldığı tədbirdə ABŞ-dakı uşaq peyvəndlərinin etibarlılığını şübhə altına alıb.

Aktyor körpə yaşlarında uşaqlara vurulan peyvəndlərin tərkibində olan “timerosal”ın otizmə səbəb olub-olmadığının araşdırılmasının lazım olduğunu vurğulayıb. De Niro bu məsələdə həqiqəti yazacaq jurnalistlərə 100 min dollar mükafat vəd edib.

Qeyd edək ki, De Niro oğlu Elliotın “timerosal” tərkibli peyvənd səbəbindən otizmə tutduğunu iddia edir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri