21 
Fev
2017
15:22
25
0
851
Virtual karabakh

“Arşın mal alan” operettasının 100 illiyinə həsr olunmuş kitab çap olunub

21 Fev, 2017
15:22
851

“Arşın mal alan” operettasının 100 illiyinə həsr olunmuş kitab çap olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Arşın mal alan” operettasının 100 illiyinə həsr olunmuş kitab çap olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, “Arşın mal alan - 100” kitabı musiqisevərlərin, xüsusilə Üzeyir Hacıbəylinin yaradıcılığı ilə maraqlananların ixtiyarına verilib.

Kitabda əsərin yazılması ilə bağlı Ü. Hacıbəylinin xatirələri, qeydləri, əlyazmaları, müxtəlif teatrların afişaları, elanlar, dəvətnamələr, fotoşəkillər və s. materiallar toplanıb. Əsasən Ü.Hacıbəylinin Ev-Muzeyinin fondunda qorunub saxlanılan materiallardan istifadə olunub.

“Arşın mal alan” Azərbaycan səhnəsində”, “Arşın mal alan” ekranlarda” və “Arşın mal alan” müxtəlif dövlətlərin dillərində və səhnələrində” adlı  3 yarımbaşlıq şəklində tərtib olunan kitab oxucuda əsərin 100 illik tarixi barədə geniş təsəvvür yaradır. 

“Şərq-Qərb” nəşriyyatında çap edilmiş kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri