27 
Fev
2017
12:35
66
18
3304
Virtual karabakh

“Oskar” mərasimində anlaşılmazlıq

27 Fev, 2017
12:35
3304

“Oskar” mərasimində anlaşılmazlıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oskar” mükafatının təşkilatçıları səhvən “La-La Lend” filmini “İlin ən yaxşı filmi” adlandırıblar.  Əslində isə mükafatı “Ay işığı” filmi qazanıb. 

Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir. 

Amerikalı rejissor Barri Cenkinsin çəkdiyi filmin süjet mərkəzində Mayamidə böyüyən qaradərili yeniyetmənin tarixçəsi dayanır.   

Filmdə baş rolları Maherşal Əli, Naomi HarrisJanel Mone ifa edirlər. 

Ekran əsəri “Oskar” mükafatına səkkiz nominasiyada namizəd idi. Daha öncə Əli “Ən yaxşı ikinci dərəcəli rol” və Cenkins “Ən yaxşı adaptasiyalı ssenari” nominasiyalarında mükafat alıblar. 

Buna qədər “Ay işığı” ABŞ kinoaktyorlar gildiyasının mükafatına layiq görülüb. Mükafat Əliyə “Ən yaxşı ikinci dərəcəli rolun ifaçısı” nominasıyasında təqdim edilib. Ssenari müəllifi Barri Cenkins isə “Orijinal ssenari” nominasiyasında mükafat alıb.  

Bundan başqa, “Ay işığı” filmi “Ən yaxşı dramatik film” nominasiyasında da “Qızıl qlobus” mükafatını alıb.
 
A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri