Mar
2017
16:22
35
67
1307
Virtual karabakh

Bakı Caz Festivalı “European Jazz Network” təşkilatının üzvü olub

2 Mar, 2017
16:22
1307

Bakı Caz Festivalı “European Jazz Network” təşkilatının üzvü olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Caz Festivalı “European Jazz Network” təşkilatının üzvü olub.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məlumat “European Jazz Network” təşkilatının rəsmi saytında və “Facebook” səhifəsində yer alıb. Beləliklə, Azərbaycan, caz musiqisinin mədəni həyatın ayrılmaz hissəsi olduğu ölkələrin sırasına daxil edildi.

Avropa Caz Şəbəkəsi dünya musiqi sənayesinin caz sektorunun peşəkar assosiasiyasıdır. Təşkilatın 34 ölkədən 115 üzvü var. Şəbəkənin Baş Assambleyası Avropa ölkələrindən birində keçirilir. Burada şəbəkənin gələcək strategiyası müzakirə edilir, habelə üzvlər tədbirə ev sahibliyi edən ölkənin caz həyatı ilə yaxından tanış olurlar.

Ümumiyyətlə, Azərbaycanda cazın böyük tarixi var. Hələ Tofiq Quliyev, Niyazi, Tofiq Əhmədovun rəhbərliyi altında ölkəmizdə caz kollektivləri fəaliyyət göstərib. Azərbaycanın adı caz musiqi aləmində Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə çox məşhurlaşıb. Bakı SSRİ məkanında ən qabaqcıl caz məkanlarından sayılıb. Müstəqilliyimizin bərpa edilməsi bu musiqiyə daha da yaxınlaşmağa imkan verib. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Caz Festivalı artıq ənənəyə çevrilib və dünyanın məşhur caz ifaçıları arasında şöhrət qazanıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri