Mar
2017
18:55
187
98
2218
Virtual karabakh

Elen Potyomkina: Bakılılar xoşbəxtdirlər ki, onların böyük Rostropoviç kimi həmyerlisi olub

2 Mar, 2017
18:55
2218

Elen Potyomkina: Bakılılar xoşbəxtdirlər ki, onların böyük Rostropoviç kimi həmyerlisi olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belçikanın Dinant şəhərindəki kamera orkestrinin solisti, məşhur violonçelçalan Elen Potyomkina Azərbaycanda “Multikulturalizm İli”nin yekunları barədə yüksək fikirdə olduğunu bildirib. Onun sözlərinə görə, Şərq ilə Asiya arasında körpü rolu oynayan Odlar Yurdu Azərbaycan bütün dünya üçün millətlərarası və konfessiyalararası harmoniya və tolerantlıq nümunəsi, müxtəlif mədəniyyətlərin simbiozunun formalaşdığı məkandır.

Oxu.Az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.

E.Potyomkina deyib:

“Mən gözəllik aləmi ilə, musiqi ilə məşğul olan bir insan kimi belə məsələlərə çox həssasam. Müharibəni, irqi və dini dözülməzliyi əsla qəbul etmirəm. Bəlkə də buna görədir ki, sizin ecazkar ölkəniz və onun əfsanəvi paytaxtı barədə eşitdiklərimə, oxuduqlarıma və öyrəndiklərimə xüsusi həssaslıqla yanaşıram”.

Musiqiçi qeyd edib ki, özü violonçelçalan olduğundan, Bakını bu şəhərdə doğulmuş əfsanəvi Mstislav Rostropoviçdən ayrı təsəvvür edə bilmir. O, deyib:

“Siz çox xoşbəxtsiniz ki, bu böyük insan sizin həmyerliniz olub. Mən Mstislav Leopoldoviçlə dahi Heydər Əliyevin bir-birini necə yüksək qiymətləndirdiyini və ailəvi dostluq etdiklərini bilirəm. Onlar hərəsi öz sahəsində əfsanəvi şəxsiyyətlər idi. Və hər ikisi Azərbaycan tarixində silinməz izlər qoyub”.

Musiqiçi etiraf edib ki, Azərbaycana çoxdan məftundur. Elen Potyomkina öz səmimi hisslərini gizlətmədən deyib:

“Ömrümdə bircə dəfə də Azərbaycanda olmadığıma baxmayaraq bu ölkəni sevirəm. Dünyada belə adamlar bəlkə də azdır və mən onlardan biriyəm. Vaxtılə Müslüm Maqomayevin, Polad Bülbüloğlunun gəzdiyi, məşhur “Brilyant əl”, “Amfibiya-adam”, “Tehran-43”, “Şir evdən getdi” filmlərinin çəkildiyi İçərişəhərin dar küçələrində gəzişməyi arzu edirəm. Özüm Belçika sakini olsam da, əcdadlarım rusdur, ona görə bunlar hamısı mənə tanışdır. Bakı havası ilə nəfəs almaq, bakılıların qəhrəman əməyi sayəsində faşizmin darmadağın edilməsində mühüm rol oynamış bu əməkçilər, neftçilər şəhərinin ətrini duymaq istəyirəm. Nəhayət, çox xoşladığım əsərləri əfsanəvi Bakı Konservatoriyasının səhnəsində ifa etmək arzusundayam”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri