Mar
2017
21:25
90
123
4053
Virtual karabakh

İlham Rəhimli: Milyonçularımızın heç vaxt teatr sevgisi olmayıb

6 Mar, 2017
21:25
4053

İlham Rəhimli: Milyonçularımızın heç vaxt teatr sevgisi olmayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Teatrşünas-tənqidçi, professor İlham Rəhimli APA-ya müsahibəsində bizim milyonçuların teatr sevgisi heç vaxt olmayıb söyləyib.

Oxu.Az xəbər verir ki, o, Hacı Zeynalabdin Tağıyev və Mayılov qardaşları barəsində də danışıb.

“Mayılov erməni idi. Kürü biznesi də onların əlində idi. Gündə 1,5 kq qara kürü yeyən bu adama oxşamaz pəzəvəng Mayılov həmin teatr binasını bir əcnəbi opera müğənnisinə vurulduğuna görə tikdirib. Pulunu da Azərbaycanın sərvətindən, azərbaycanlıların alın tərindən çıxarıb.

Tağıyev teatr binasını 1883-cü ildə özünün taxıl anbarının özülü üstündə tikdirib. Nə qədər acı, təəssüf doğuran olsa da, həmin binanın icarədarı heç vaxt azərbaycanlı olmayıb. 30 ilə yaxın Polonski adlı birinin icarəsində olub həmin bina. El arasında ona “Tağıyev tetrı” və ya “Şəhər teatrı” deyilirdi. Polonskinin truppası həftənin 6 gününü rus dilində tamaşa oynayırdı. Yalnız cümə günü bina boş olurdu. Məhz həmin gün azərbaycanlılar yalvar-yaxar edəndə onlara icarəyə verirdilər. Bəlkə dünyada yeganə faktdır ki, səhnənin içindən pərdəyə qıfıl vurmuşdular. İcarə haqqı əvvəlcədən verilməyəndə həmin qıfıl açılmırdı.

Musa Nağıyev indiki Zabitlər evini tikdirib və azərbaycanlı teatr həvəskarlarına ucuz qiymətə kirayə verirmiş. Bir dəfə də məktəbə on min manat pul ayırıb ki, böyük bir otaqda səhnə də düzəldin, artistlər gəlib tamaşa göstərsinlər.

Yerdə qalan milyonçuların teatra getməsini hardasa oxumamışam. Nə gediblər, nə də yardım göstəriblər. Ancaq bir faktı oxumuşam ki, Hüseyn Ərəblinski xəstələnəndə Murtuza Muxtarov Suxumiyə müalicəyə getmək üçün ona pul verib. Hərdən də “Nəşri-maarif” cəmiyyəti müsamirələr keçirər və ora artistləri, musiqiçiləri dəvət edərdi. Yığılan pul kasıb şagirdlərin dəftər-kitabına xərclənərdi”,-deyə o bildirib.

- Hacıağa Abbasov xatirələrində yazır ki, 1917-ci ildə Hüseyn Ərəblinski bərk xəstələndi. Bakı milyonçusu Murtuza Muxtarova müraciət etdik. Müalicə üçün Muxtarov bizə 700 manat borc verdi. Altı aydan sonra məhkəmə vasitəsi ilə Hüseyn Ərəblinskinin ev əşyalarını satdırıb öz borcunu aldı...

- Yalan sözdür. Hacıağa Abbasovun müəyyən teatr xidmətləri var, hətta bir müddət Bakı Teatr Məktəbinin direktoru olub. 1937-ci ilin repressiyalarında tutulmaqdan qorxub Orta Asiyaya qaçmışdı. Uzun illər orada yaşamışdı. Qayıdandan sonra ancaq müsavatçıları, milyonçuları söyürdü. Mən o dövrü yaxşı araşdırmışam. Heç bir qəzetdə Hacıağa Abbasovun dediyi fakta rast gəlməmişəm. Bəyəm Murtuza Muxtarov elə adam idi ki, kasıb aktyoru evinin əşyalarını satdırmağa məcbur etsin? Muxtarov çox ləyaqətli kişi olub. İndi teatra marağı olmayıb, bu, başqa məsələdir. Digər tərəfdən, Ərəblinskinin nəinki ev əşyalarını, heç gün düşməyən yarı zirzəmi evini də satsaydın həmin məbləği ödəmək olmazdı. Rus milyonçularının teatr sevgisi bizdə heç vaxt olmayıb. Yalandan kimisə şişirtməyə ehtiyac yoxdur.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri