13 
Mar
2017
14:10
14
7
1720
Virtual karabakh

Yusif Eyvazov və Anna Netrebko Bakıda konsert verəcək

13 Mar, 2017
14:10
1720

Yusif Eyvazov və Anna Netrebko Bakıda konsert verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülmək mənim üçün böyük şərəfdir. Azərbaycan prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu fəxri ada sahib olmağımı böyük nailiyyət kimi qəbul edir, ölkəmi beynəlxalq mədəniyyət məkanında təmsil etməkdən qürur duyuram”.

Oxu.Az xəbər verir ki, bu sözləri sosial şəbəkədə Rusiyada yaşayan azərbaycanlı opera müğənnisi, tenor Yusif Eyvazov yazıb.

O, sentyabr ayında Bakıda konsert verəcəyini də bildirib:

“Əziz dostlar, sizi bu ilin sentyabrında sevimli şəhərim Bakıda Aneçka (red. - rusiyalı opera ifaçısı və Yusif Eyvazovun həyat yoldaşı Anna Netrebko) ilə birgə ilk konsertimizə (konsertin dəqiq vaxtı elan olunacaq) dəvət edirəm. Yaxın dostlarımız – Azərbaycanın Əməkdar artisti, Rusiya Böyük Teatrının solisti Elçin Əzizov və Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Opera və Balet Tatrının solisti Səbinə Əsədova ilə bir səhnəni bölüşmək bizim üçün çox sevindiricidir. Hamınızı konsertimizdə gözləyirik”.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri