15 
Mar
2017
09:13
15
186
12245
Virtual karabakh

Aydın Dadaşov dünyasını dəyişib

15 Mar, 2017
09:13
12245

Aydın Dadaşov dünyasını dəyişib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış kinoşünas Aydın Dadaşov bir neçə saat əvvəl ürək tutmasından dünyasını dəyişib.

Oxu.Az Enter.News-a istinadla xəbər verir ki, bu barədə mərhumun qardaşı oğlu, aktyor Əjdər Dadaşov məlumat verib.

Mərhumla vida mərasimi öz evində keçiriləcək və o, bir neçə ay öncə rəhmətə gedən həyat yoldaşının yanında dəfn olunacaq.

A.Dadaşov Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor idi. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin “Kinoşünaslıq” kafedrasına rəhbərlik edirdi.

Allah rəhmət eləsin!

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri