15 
Mar
2017
14:20
242
17
2722
Virtual karabakh

Hacıbaba Hüseynovun doğum günüdür

15 Mar, 2017
14:20
2722

Hacıbaba Hüseynovun doğum günüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün tanınmış xanəndə Hacıbaba Hüseynovun anadan olmasından 98 il ötür.

Oxu.Az xəbər verir ki, H.Hüseynov 15 mart 1919-cu ildə Bakı şəhərində anadan olub. 

Erkən yaşlarından güclü hafizəsi sayəsində eşitdiyi dini-musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qayda-qanunlarını öyrənərək qəzəllər yazmağa, tədricən muğam və təsniflər oxumağa başlamışdır. Onun səs diapozonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi.

Uzun illər Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs demiş, xanəndələr yetişdirmişdir. Onun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş və muğam ifaçılığında geniş yayılmışdır.

Qeyd edək ki, Hacıbaba Hüseynov mərhum Xalq artisti Sara Qədimovanın kürəkəni olub.

H.Hüseynov 24 oktyabr 1993-cü ildə vəfat edib.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri