16 
Mar
2017
15:55
61
35
2843
Virtual karabakh

“CinemaPlus Azerbaijan” kinoteatrında ulduzlu “Kino gecəsi” – VİDEO

16 Mar, 2017
15:55
2843

“CinemaPlus Azerbaijan” kinoteatrında ulduzlu “Kino gecəsi” – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus Azerbaijan” kinoteatrında martın 17-dən 18-nə keçən gecə üç filmdən ibarət ulduzlu kinomarafon keçiriləcək. Saat 23:30-dan səhər saat  6:00-dək qonaqlar üçün “Super Alibi”, “Bayram axşamı” və “Stalinin Başı” filmləri nümayiş olunacaq. 

Oxu.Az xəbər verir ki, “Super Alibi” filmi “Cinemazadeh” studiyasında məşhur aktyorlar tərəfindən Azərbaycan dilinə dublyaj olunub. Həmin aktyorları “Kino gecə”də görmək mümkün olacaq. Həmçinin tədbirdə “Bayram axşamı” və “Stalinin Başı” filmlərinin aktyor heyəti də iştirak edəcək.

Seanslararası fasilələrdə musiqi müşayiəti, furşet, alkoqollu və alkoqolsuz içkilər masası olacaq, müsabiqələr keçiriləcək.

Biletləri “CinemaPlus Azerbaijan” kinoteatrının kassalarından əldə etmək olar.

Biletin qiyməti: 25 AZN, VIP 40 AZN.

Əlavə məlumat: (012) 499 89 88 və ya 119.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri