25 
Mar
2017
15:21
58
159
7304
Virtual karabakh

“CinemaPlus”da ulduzlu kinomarafon – FOTO + VİDEO

25 Mar, 2017
15:21
7304

“CinemaPlus”da ulduzlu kinomarafon – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus Azerbaijan” kinoteatrında martın 17-dən 18-nə keçən gecə üç filmdən ibarət ulduzlu kinomarafon keçirilib. 

Oxu.Az-ın redaksiyasına daxil olan press-relizdə bildirilir ki, 23:30-dan səhər saat  6:00-dək qonaqlar üçün “Super Alibi”, “Bayram axşamı” və “Stalinin Başı” filmlərinin nümayişi keçirilib.

“Super Alibi” filmi “Cinemazadeh” studiyasında məşhur aktyorlar tərəfindən azərbaycan dilinə dublyaj olunub. Həmin aktyorlar “Kino Gecə”də iştirak etmişdilər. Həmçinin “Bayram axşamı” və “Stalinin Başı” filmlərinin aktyor heyəti də tədbirdə idi.

Kinoteatrda musiqi müşayiəti ilə Novruz bayramı ab-havası var idi. Eyni zamanda furşet masası, alkoqollu və alkoqolsuz içkilər, müsabiqələr və mükafatların oynanılması təşkil olunmuşdu.  

Tədbirin təşkilində dublyaj redaksiyası Cinemazadeh, Özsüt restoranlar şəbəkəsi, Hillside-dan premium çaxırlar, Red Bull, Sabina parfümeriya-kosmetika mağazalar şəbəkəsi, Bella Pizza, Orqanik Qida, Alfreda by Sassofono və Baltika-Baku pivə zavodu dəstək olmuşdurlar. 

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri