28 
Mar
2017
13:35
160
37
4738
Virtual karabakh

Əbülfəs Qarayev İrana etiraz məktubu göndərib

28 Mar, 2017
13:35
4738

Əbülfəs Qarayev İrana etiraz məktubu göndərib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iranlı musiqiçi Meysam Hodratın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində konsert verməsinə münasibət bildirib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, nazir deyib ki, bununla bağlı müvafiq dövlət orqanları adından etiraz məktub ünvanlanıb: “Müvafiq dövlət orqanları adından etirazlarımıızı bildirmişik. Bu gün İranın müvafiq dövlət orqanlarına və Xarici İşlər Nazirliyinə ünvanlanmış məktubu imzalamışam”.

Qeyd edək ki, martın 27-də iranlı musiqiçi Meysam Hodrat Azərbaycan işğal alltında olan Dağlıq Qarabağ ərazisində konsert verib. Konsertdə onunla bərabər İrandan gələn fleytaçı, Meysam Hodratın erməni həmkarı Artaşes Qriqoryan və pinoçu Marina Barxudaryan da iştirak edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri