29 
Mar
2017
16:04
44
30
1465
Virtual karabakh

Mstislav Rostropoviçin 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib – FOTO

29 Mar, 2017
16:04
1465

Mstislav Rostropoviçin 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Mstislav Rostropoviçin 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Oxu.Az xəbər verir ki, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Mədəniyyət işçiləri Həmkarlar İttifaqının sədri Cəmilə Səttərova, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

“Bakı solistləri” kamera ansamblının müşayiətilə Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagidlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının Q.Qarayev “İldırımlı yollarla”, Q.Hüseynli “İlk məhəbbət”, F.Allahverdiyev “Tanqo”, S.Ələsgərov “Tarantella”, Y.Bozza “Ariya”, P.Çaykovskiy “Qu gölü” baletindən “Rus rəqsi”, Rossini “Komik duet” və digər əsərləri səsləndirilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri