29 
Mar
2017
14:50
114
35
5312
Virtual karabakh

Aktyordan Xalq artistinə ağır ittiham: Müsabiqə iştirakçılarının ballarını qəsdən kəsir

29 Mar, 2017
14:50
5312

Aktyordan Xalq artistinə ağır ittiham: Müsabiqə iştirakçılarının ballarını qəsdən kəsir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nur Xalq artisti, Muğam müsabiqəsinin münsiflər heyətinin üzvü Əlibaba Məmmədovu ağır ittiham edib.

Oxu.Az AzNews.az-a istinadla xəbər verir ki, aktyor tamaşaçıların və münsiflər heyətinin yüksək bal verdiyi müsabiqə iştirakçılarının ballarının Əlibaba Məmmədov tərəfindən qəsdən kəsildiyini vurğulayıb.

“Muğam müsabiqəsində zildə səsi olmayan Əlibaba Məmmədov həmişəki kimi zil səsli gəncləri qısqanır. Bu, paxıllıqdır. Sizin yaşa bu, ayıbdır. Səsin enerjisi səhnə üçün vacibdir. Əlibaba müəllim dəfələrlə tamaşaçıların və münsüflər heyətinin yüksək bal verdikləri müğənninin ballarını qəsdən, arqumentsiz kəsib. Səbəbi? Nəyə görə?”.

Xalq artisti Əlibaba Məmmədov isə sözügedən məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib:

“Mən heç nə bilmirəm, danışmayacağam”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri