30 
Mar
2017
20:49
80
17
1949
Virtual karabakh

“Oskar” mükafatının təltifetmə qaydaları sərtləşdirilib

30 Mar, 2017
20:49
1949

“Oskar” mükafatının təltifetmə qaydaları sərtləşdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oskar” mükafatının təltifetmə mərasiminə yeni qaydalar tətbiq edilir. Bununla belə, “Oskar”ın təşkilatçıları son təltifetmə mərasimində laureatın adının səhv deyilməsi ilə bağlı qalamaqala baxmayaraq, “Price Waterhouse Coopers” şirkətin xidmətlərindən istifadəyə davam edəcək.

Bu barədə Oxu.Az Report-a istinadən xəbər verir.

Xatırladaq ki, son mərasimdə ən yaxşı film nominasiyasında “Ay işığı” filmi əvəzinə “La La Lend” müzikli elan edilib. Qarışıqlığın səbəbkarı kimi qaliblərinin adları olan zərfləri səhv salan “Price Waterhouse Coopers” şirkətinin idarəedici tərəfdaşı Brayan Kullinan göstərilib.

Şirkətin prezidenti Bun İsaaks “Oskar” təşkilatçılarına ünvanladığı məktubda şirkətdə yeni, o cümlədən, mərasim zamanı pərdə arxasında hər hansı mobil cihazdan istifadəni qadağan edən qaydaların tətbiq olunduğunu yazıb.

Həmçinin yeni qaydalara əsasən, mərasimdə şirkətin iki yox, üç nümayəndəsi iştirak edəcək. Üçüncü əməkdaş bütün mərasim ərzində rejissorun otağında olacaq.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri