Apr
2017
18:35
20
5
1193
Virtual karabakh

“Mühacirlərin dönüşü” kitabı çap olunub

4 Apr, 2017
18:35
1193

“Mühacirlərin dönüşü” kitabı çap olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin yeni kitabı nəşr edilib.

Oxu.Az-ın məlumatına görə, “Mühacirlərin dönüşü” adlı kitabda Azərbaycan mühacirət tarixi ilə bağlı yeni sənədlər, məktublar, fotoşəkillər yer alır, mühacirlərin həyatından maraqlı fraqmentlər, yeni məlumatlar öz əksini tapıb.

Məhəmmədəmin Rəsulzadə, Mirzəbala Məhəmmədzadə, Abbasqulu Kazımzadə, Əbdülvahab Yurdsevər, Məhəmmədəli Rəsulzadə, Almas İldırım, Mustafa Vəkiloğlu, Əziz Alpoud, Səməd Ağaoğlu kimi şəxsiyyətlərə aid materiallar müəllifin yeni araşdırmaları nəticəsində əldə edilib və oxuculara ilk dəfə təqdim olunur.

Kitabın elmi redaktoru professor Ədalət Tahirzadə, nəşriyyat redaktoru Kərim Kərimlidir.

D.Əhməd bildirib ki, kitabda 1918-ci ildə Məhəmmədəmin Rəsulzadənin rəhbərliyi ilə İstanbula göndərilən Azərbaycan nümayəndə heyətinə aid nadir foto yayımlanıb:

“Bu fotonu İstanbulda bir kitabçıdan 600 dollara aldıq. Bildiyiniz kimi, ötən il mühacirət arxivinin alınması üçün kampaniya elan etmişdik. Vətəndaşlarımızın maddi, mənəvi dəstəyi ilə o arxivlərin bir qismini aldıq və bu kitabı ərsəyə gətirdik. Kitabda onlarla məktub, foto var ki, bunlar ilk dəfə olaraq ictimaiyyətə bəlli olacaq. Kitabın ikinci cildi üçün yeni kampaniya başlatmışıq. Kampaniyamıza dəstək olarsa, Cümhuriyyətimizin 100-cü ildönümünə yeni kitab həsr edəcəyik”.

Azərbaycan Cümhuriyyəti tarixinin, o dövrün görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının tədqiqatçıları üçün unikal mənbə olan bu kitabı Bakının kitab mağazalarından əldə etmək mümkündür.  

Qeyd edək ki, kitab “Teas Press” Nəşriyyat Evində çap olunub. 

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri