Apr
2017
11:00
19
42
5729
Virtual karabakh

“Warner Bros.” və “Universal” Azərbaycanda ən populyar kinoteatrın adını açıqladı

5 Apr, 2017
11:00
5729

“Warner Bros.” və “Universal” Azərbaycanda ən populyar kinoteatrın adını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az “Park Cinema” kinoteatrlar şəbəkəsinin marketinq üzrə direktoru Musa Axundovla müsahibəni təqdim edir:

- “Warner Bros.Pictures Intl” və “Universal Pictures International” kino şirkətlərinin distributorları “Park Cinema” kinoteatrlar şəbəkəsini izləyici sayına görə Azərbaycan kinoteatrları arasında lider elan edib. Sizin üçün bu nə deməkdir?

- Həqiqətən də “Warner Bros.Pictures Intl” və “Universal Pictures International” kino şirkətlərinin distributorları olan İNTER CİNEMA və “İnterfilm Fistribution” MMC-dən “Park Cinema” kinotetarlar şəbəkəsinin ünvanına təşəkkür məktubları gəlib. Distributor şirkətlər öz məktublarında qeyd ediblər ki, onlar tərəfindən 2016-cı il üçün film icarəsinin hesabatı aparılıb və nəticədə aydın olub ki, kassa gəliri və kinoteatrlarda tamaşaçı sayına görə “Park Cinema” kinoteatrlar şəbəkəsi Azərbaycandakı kinoteatrlar arasında ən yaxşı nəticələr göstərib. Onlar göstərilən əməyə görə bizə təşəkkürlərini bildiriblər. 

Bu, əlbəttə ki, bizi sevindirməyə bilməz. Ölkədə kinoteatrların sayının artdığını, habelə iqtisadiyyat və maliyyə sektorunda baş verən prosesləri nəzərə alaraq izləyiciləri kinoteatrlarımıza cəlb etmək üçün az səy göstərmirik. Əgər bizi özümüz yox, başqaları tərifləyirsə, demək ki, biz doğru yoldayıq. Tərəfdaşlarımıza “Park Cinema” kinoteatrlar şəbəkəsi haqda söylədikləri xoş sözlərə görə minnətdarıq və bundan sonra da onlarla layiqli və etibarlı olmağa çalışacağıq. 

Bununla yanaşı, onu da qeyd etmək istərdim ki, kinoteatrlar şəbəkəsinin bu uğurunda ən böyük pay fəaliyyətə başladığı gündən izləyici sayına görə lider olan “Park Cinema Park Bulvar”a düşür.

- “Park Cinema” kinoteatrlar şəbəkəsini izləyicilərə bu qədər sevdirən nədir?

- Əsas amillər – xidmət səviyyəsi, keyfiyyət və ən yeni təchizatlardır. Düzgün seçilmiş repertuar da çox əhəmiyyətlidir. Biz müxtəlif janrda olan filmləri siyahıda düzgün yerləşdirməyə çalışırıq və bununla yanaşı, Azərbaycan izləyicisinin üstünlük verdiyi janrları da nəzərə alırıq. Bundan əlavə, kinoteatrın fəaliyyət göstərdiyi məkan da vacib amillərdəndir. Məsələn, “Park Cinema Park Bulvar” kinoteatrının liderliyi onunla izah olunur ki, ticarət və əyləncə mərkəzi “Park Bulvar” Xəzər dənizinin sahilində yerləşir və bura paytaxt sakinlərinin istirahət və alış-veriş üçün ən sevdiyi yerdir, burada insan sayı hər zaman çox olur və əlbəttə ki, bu, izləyici sayına da təsir göstərir.

- Yüksək kassa gəliri distributor şirkətlərinin kinoteatrlar şəbəkənizə olan münasibətlərinə necə təsir göstərir?

- Əlbəttə ki, kino şirkətləri izləyici sayına diqqət yetirir və məhz “Park Cinema Park Bulvar”da seanslar uğrunda mübarizə aparır. İzləyicilərimizin sayı bizə həmçinin bəzi üstünlüklər bəxş edir. Bizdə mütəmadi olaraq premyera öncəsi nümayişlər və müxtəlif promoşn kampaniyalar keçirilir. Bundan əlavə, filmlərin əsas premyeraları digər kinoteatrımızda IMAX formatında nümayiş olunur. Bakının yeni simvoluna çevrilmiş “Flame Towers”da yerləşən “Park Cinema IMAX” Azərbaycanda izləyicilərə IMAX formatında film izləmək imkanı bəxş edən yeganə kinoteatrdır.

- Filmləri Azərbaycanda ən çox məşhurluq qazanan kino şirkətlərinin reytinqi varmı?

- İş orasındadır ki, insanlar filmi izləməyə gələndə onun hansı şirkətin istehsalı olduğunun fərqinə varmırlar. Lakin ümumilikdə “Universal Pictures”, “Warner Brothers”, “20th Century Fox” və s. iri kino studiyalarının filmləri, əlbəttə ki, daha çox izləyici sayı toplayır. Məlum olduğu kimi, son illər Azərbaycanda çoxlu sayda bədii filmlər istehsal olunur. Bununla bağlı daha bir sevindirici məqamı qeyd etmək istərdim – yerli kino istehsalçılarının əksəriyyəti premyera üçün məhz “Park Cinema”nı seçir.

- Daha çox izləyici cəlb etmək üçün “Park Cinema” kinoteatrları şəbəkəsində yeniliklər gözlənilirmi?

- Kinoteatr kommersiya anlayışıdır və bu səbəbdən ölkənin iqtisadiyyatı və maliyyə sektorunda baş verən proseslər fəaliyyətimizə təsir göstərir. Bazar iqtisadiyyatının şərtləri onları nəzərə almaq zərurətini bizə diktə edir.

Yeni kinoteatrların fəaliyyətə başlaması, kino icarəsi və kinoteatrlar bazarında rəqabət artımı, digər tərəfdən ölkənin maliyyə sektorunda baş verən proseslər bizdən dözümlülük tələb edir. Biz daima inkişaf etməyə çalışırıq, tezliklə xidmət keyfiyyətimizi yeni səviyyəyə qaldırmağa imkan verəcək tamamilə yeni texnologiya təchiz olunacaq. Bundan əlavə, “Park Bulvar” ticarət və əyləncə mərkəzində yeni və fərqli formatda VİP zalımız fəaliyyətə başlayacaq. Bu il də kinosevərləri premyera öncəsi nümayiş, promoşn kampaniyalar və dünya premyeraları çərçivəsində viktorinalar ilə sevindirməyə davam edəcəyik.

“Park Cinema” kinoteatrlar şəbəkəsi fəaliyyətə başladığı gündən əsas məqsədimiz Azərbaycanda kinoya yanaşma mədəniyyətini dirçəltmək idi və biz buna nail olduq. Hazırkı məqsədimiz isə ən tələbkar izləyicinin belə istəklərinə cavab verən yüksək xidmət sərgiləməkdir. Ümid edirik ki, tətbiq edəcəyimiz yeniliklər bizə izləyici sevigisini qazanmağa davam etmək və ölkənin ən çox izləyiciyə sahib kinoteatrı olaraq qalmaq imkanı verəcək.

Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı “ASAN Həyat”da yerləşən kinoteatrlar və “Amburan Beach Club”da yerləşən yay kinoteatrı daxildir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri