Apr
2017
10:27
127
19
1329
Virtual karabakh

Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş tamaşanın premyerası olacaq

5 Apr, 2017
10:27
1329

Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş tamaşanın premyerası olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Yarımçıq qalmış” adlı tamaşanın premyerası olacaq.

Teatrın mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, Y.Abramov və L.Bəyimin “Xəyalpərvər oğlan” əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru, Xalq artisti Vaqif Əsədovdur.

Quruluşçu rəssamı Elşən Sərxanoğlu olan səhnə əsərinin musiqi tərtibatı Ramiq Nəsirova, rəqslərin quruluşu Ella Hacıyevaya, mahnıların ifaçısı isə müğənni Çinarə Məlikzadəyə məxsusdur.

Birhissəli psixoloji dramda əsas obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Bəhram Həsənov, Günel Məmmədova, Asya Atakişiyeva, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Vahid Orucoğlu, Manaf Dadaşov və digərləri canlandıracaq.

Qeyd edək ki, tamaşa 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri